Portuqaliyadakı funikulyor qəzasının səbəbi açıqlanıb


Portuqaliyanın paytaxtı Lissabonda keçən ay baş verən və 16 nəfərin həyatını itirdiyi funikulyor qəzasına dair ilkin hesabat yayımlanıb. Hökumətin qəza araşdırma qurumu tərəfindən hazırlanmış hesabatda hadisədə polad çəkici kabelin qırılması və texniki xidmət səhvlərinin əsas rol oynadığı bildirilib.

4 sentyabrda baş verən qəza zamanı dik yamacda qarşılıqlı işləyən iki vagon tarixi funikulyor relsdən çıxaraq bir binaya çırpılmışdı. Taxta kabin tamamilə dağılıb, 16 nəfər həlak olmuş, 21 nəfər isə xəsarət almışdı.

Qəza araşdırma ofisinin (Office for Air and Rail Accident Prevention and Investigation) ilkin hesabatına görə, vaqonları bir-birinə bağlayaraq ağırlıq balansını təmin edən yeraltı polad kabel ictimai nəqliyyat üçün təsdiqlənməmiş və istehsalçı təlimatlarına uyğun şəkildə quraşdırılmamışdı. Kabelin istifadəyə verilmə müddəti bir ili belə doldurmamışdı.

Hesabatda texniki xidmət qeydlərində beş dəfə “mövcud olmayan, tətbiq edilə bilməyən və ya köhnəlmiş təhlükəsizlik standartlarına” istinad edildiyi qeyd olunub. Kabel qırıldığında sistemin elektrik kəsilməsi nəticəsində pnevmatik əyləc işə düşməmiş, əl ilə istifadə olunan əyləc isə vasitəni dayandırmaq üçün kifayət etməmişdi.

Rəsmi şəxslər bu hesabatın yalnız ilkin araşdırmaları əks etdirdiyini və məsuliyyətin müəyyən edilməsi məqsədi daşımadığını bildirib. Qəzanın texniki səbəbləri və mümkün diqqətsizlik zənciri ilə bağlı əhatəli son hesabatın gələn il yayımlanması gözlənilir.

Bu qəza Lissabon tarixində son illərdə baş vermiş ən ölümcül kütləvi nəqliyyat hadisələrindən biri kimi qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu