Portuqaliyada funikulyor qəzasında 15 nəfər öldü, 18 nəfər yaralandı


Portuqaliyanın paytaxtı Lissabonda funikulyorun relsdən çıxması nəticəsində 15 nəfər həyatını itirib, 5-i ağır olmaqla 18 nəfər yaralanıb.

Ölkə mətbuatının məlumatına görə, Lissabonun simvolik qurğularından olan və turistlərin böyük maraq göstərdiyi Gloria funikulyoru yerli vaxtla saat 18:00 radələrində relsdən çıxıb.

Qəza zamanı 15 nəfər ölüb, 5-i ağır olmaqla 18 nəfər yaralanıb.

Portuqaliya Prezidenti Markelu Rebelo de Souza yazılı açıqlamasında qəza zamanı ölənlərin və yaralananların olduğunu təsdiqləyib və başsağlığı verib.

Sosial mediada yayılan videolarda funikulyordan tüstü çıxdığı və insanların dağıntıları təmizləməyə çalışdığı görünür.

Hadisə ilə bağlı Portuqaliya hökuməti 1 günlük, Lissabon Bələdiyyəsi isə 3 günlük matəm qərarı verib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu