Azərbaycan döyüşçüsü “One Championship”də möhtəşəm dönüş etdi
Oktyabrın 31-də Taylandda keçirilən məşhur döyüş liqası “One Championship” (One Friday Fight 131) çərçivəsində azərbaycanlı döyüşçü Mehrab Məmmədzadə 60 kq çəki dərəcəsində rinqə çıxıb.
AFN.az xəbər verir ki, döyüşə qədər rekordu 2-0 olan Mehrab bu dəfə rekordu 6-0 olan türkmənistanlı rəqibi, 27 yaşlı Şazada Atayevlə qarşılaşıb.
Gərgin keçən qarşılaşmanın üçüncü raundunun 4-cü dəqiqəsində, rəqib bütün göstəricilərdə üstün olsa da, idmançımız möhtəşəm dönüş edərək boğucu fəndlə Şazada Atayevi təslim edib və növbəti mərhələyə yüksəlib.
Bu qələbə ilə döyüş rekordu 3-0 olan Mehrab Məmmədzadə turnirin növbəti mərhələsinə adlayıb və beynəlxalq arenalarda çıxışlarını davam etdirəcək.



