Sahil Babayevdən vergi güzəştləri ilə bağlı açıqlama


“Əməkhaqqı gəlirləri ilə bağlı tənzimləməmizi təqdim edirik. Bilirsiniz ki, 2026-cı ildə tətbiq olunan güzəştin müddəti bitir”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Hökumət tərəfindən müvafiq addımlar atılmasaydı, artıq 14 və 25%-lik rəqəmlər qüvvəyə minəcəkdi. Lakin hökumətin variantı olaraq, çox ciddi güzəşt yenidən irəli sürüldü. Növbəti il üçün əməkhaqqı alan şəxslərin böyük hissəsini əhatə edən 2500 manata qədər olan gəlirə cəmi 3% gəlir vergisi tətbiq olunacaq. Dünyada çox az ölkədə bu qədər aşağı rəqəmli gəlir vergisi mövcuddur.

Gəlir vergisi 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% olacaq. Gəlir vergisi 7%-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manata qədər 7%, 8000 manata qədər 10%, 8000 manatdan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3%-dir”, - deyə nazir qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu