ÜST: Tütün hər il 7 milyon insanın ölümünə səbəb olur
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus tütünün hər il 7 milyon insanın ölümünə səbəb olduğunu bildirib.
Qebreyesus X-də mövzu ilə bağlı paylaşım edib.
Tütünün hər il 7 milyon insanın ölümünə səbəb olduğunu vurğulayan Qebreyesus “Siqareti buraxıb həyat xilas etməyin zamanı gəlib” ifadəsini işlədib.


