İngiltərədə partiya üzvündən İslama qarşı kütləvi soyqırım çağırışı


Naycel Farajın rəhbərlik etdiyi Reform UK partiyasından bir bələdiyyə məclisi üzvü, “İslama qarşı kütləvi soyqırım” çağırışının yer aldığı bir VotsApp qrupundakı mesajlara görə vəzifəsindən uzaqlaşdırılıb. Lankaşirdə Reform UK-in önəmli şəxslərindən biri olan Tom Pikap haqqında araşdırma başladılıb.

İddiaya görə, aşırı sağ görüşlü bir aktivist tərəfindən yaradılan VotsApp qrupunda bir üzv Böyük Britaniyanın Baş naziri Ser Keir Starmer üçün “gülləni haqq edir” ifadəsini işlədib.

Mesaja başqa bir nəfərin “diktator” şəklində cavab verdiyi, Tom Pikapın isə Starmer üçün jarqon ifadə ilə “lağ edən” məzmunlu bir qarşılıq yazdığı bildirilib.

Paylaşımlar arasında bir hökumət nazirinə yönəlik təhqirlər, kütləvi deportasiyaları dəstəkləyirəm ifadələri və müsəlmanlara qarşı zorakılıq çağırışlarının olduğu iddia olunur.

Bir paylaşımda isə qrup üzvlərinə “miqrantlara hücum etmək üçün silah toplayın” çağırışı edildiyi irəli sürülüb.

Tom Pikap The Guardian-a açıqlamasında mesajlarının yumor məqsədli olduğunu və kontekstdən çıxarıldığını iddia edib. İslama qarşı kütləvi soyqırım çağırışı kimi paylaşımlardan xəbərdar olmadığını, görsə bunu qınayacağını deyib.

Reform UK The Independent-a açıqlamasında Pikapın araşdırma tamamlanana qədər vəzifədən kənarlaşdırıldığını bildirib. Pikap isə əlavə şərh verməkdən imtina edərək Guardian-da etdiyi açıqlamalara istinad edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu