Sloveniyada “dəstəklənən ölüm qanunu” ilə bağlı referendum keçirilib


Sloveniyada parlamentdə səs çoxluğu ilə qəbul olunan “dəstəklənən ölüm qanunu” ilə bağlı keçirilən referendumda əhalinin 53 faizinin ölümcül xəstəliyi olanlar üçün tətbiqi planlaşdırılan qanuna qarşı çıxdığı bildirilib.

Sloveniya Parlamentinin iyulda qəbul etdiyi qanun çərçivəsində təşkil edilən referendumda sloveniyalılar “dəstəklənən ölüm qanununa” dəstək verib-verməmələri barədə səs veriblər.

Sloveniya Seçki Komissiyasının açıqladığı rəsmi olmayan ilkin nəticələrə görə səslərin 98 faizi sayılıb.

Əhalinin 53,3 faizi qanuna qarşı çıxıb, 46,7 faizi isə dəstək verib.

Milli media referendumun rəsmi olmayan nəticələrinə əsaslanaraq qanunun qəbul edilmədiyini bildirib.

Rəsmi nəticələrin isə 4 dekabrdan sonra açıqlanacağı gözlənilir.

Ölkədə bir çox müzakirələri də gündəmə gətirən qanuna görə, Sloveniyada bütün müalicə variantları tükənmiş, dözülməz ağrılar yaşayan hallarda dəstəklənən ölümə icazə veriləcəyi açıqlanmışdı.

Bununla yanaşı Sloveniyada ötən il keçirilən və məcburi qüvvəsi olmayan referendumda əhalinin 55 faizi dəstəklənən ölüm üçün “hə” səsi vermişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu