Klinikada iynə vurulan qadın öldü


Sumqayıtda klinikaların birində ölüm qeydə alınıb.

Hadisə ötən gün saat 11 radələrində şəhərdəki 45-ci məhəllənin ərazisində yerləşən 3 saylı Ailə Sağlamlıq Klinikasında baş verib.

Belə ki, Sumqayıt sakini 1953-cü il təvəllüdlü Nigar Ağabəy qızı Babaxanova klinikada ona vurulan iynənin təsirindən vəfat edib.

Faktla bağlı araşdırma aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu