“Qarabağ” bu göstəriciyə görə ÇL-in lideridir


“Qarabağ” UEFA Çempionlar Liqasının cari mövsümündə ən çox cərimə zərbəsi qazanan komandadır.

“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin 5 matçında ümumilikdə 87 dəfə bu imkanı əldə edib.

Bu baxımdan ikinci sıranı 4 komanda bölüşür. Onlardan biri də turnirin autsayderi və “Qarabağ”ın növbəti rəqibi “Ayaks”dır. Niderlandlılar, həmçinin “Vilyarreal”, “Arsenal” və “Atletik” 79 cərimə zərbəsi yerinə yetirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu