Musa Qurbanlıdan əmisinin açıqlamasına cavab - VİDEO


“Qarabağ”ın futbolçusu Musa Qurbanlı əmisi, veteran futbolçu Musa Qurbanovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Musa Qurbanlı əmisinin açıqlamasının düzgün anlaşılmadığını deyib: “Əmim demək istəyib ki, zəhməti, əziyyəti ilə gəlib bu yerə çıxıb. Yəqin ki, onu vurğulamaq istəyib”, – futbolçu bildirib.

Xatırladaq ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun qardaşı, veteran futbolçu Musa Qurbanov qardaşı oğlunun fitri istedada malik olmadığını, lakin böyük zəhmətlə bu səviyyəyə yüksəldiyini demişdi.

O əlavə etmişdi ki, Musa Qurbanlı uşaqlıqdan böyük istedada sahib olmasa da, futbola olan həvəsi və davamlı çalışqanlığı sayəsində irəliləyib. Veteran futbolçu həmçinin bildirib ki, gənc hücumçunun oyun zəkası və futbol biliyi yüksəkdir və onun karyerasının daha parlaq dövrü hələ qarşıdadır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu