Tramp: Baydenin avtomatik e-imza ilə imzaladığı bütün sənədlər etibarsızdır


ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin səlahiyyət müddətində avtomatik e-imza ilə imzalanmış bütün sənədlərin artıq etibarsız hesab edildiyini açıqlayıb.

Tramp “Truth Social” hesabında yayımladığı açıqlamada Bayden dövründə qəbul edilən qərarlarla bağlı mühüm məlumat paylaşıb.

O, Bayden administrasiyası zamanı avtomatik e-imza ilə imzalandığını iddia etdiyi bütün rəsmi sənədlərin hüquqi qüvvəsinin qalmadığını bildirib.

Tramp “Cozep R. Bayden Jr. dövründə məşhur və icazəsiz otopen (avtomatik e-imza) ilə imzalanmış bütün sənədlər, bəyanatlar, prezident fərmanları və müqavilələr bu andan etibarən hökmsüz, keçərsiz və heç bir hüquqi təsiri olmayan sənədlər kimi elan edilir” deyə vurğulayıb.

Tramp əlavə edib ki, həmin dövrdə Bayden tərəfindən imzalanmış əfv qərarları da hüquqi baxımdan artıq qüvvədən düşmüş sayılır.

Qeyd edək ki, Tramp hakimiyyətə gəldikdən sonra etdiyi bir çox açıqlamada Baydenin bəzi rəsmi sənədləri şəxsən deyil, avtomatik e-imza vasitəsilə imzaladığını iddia etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu