ABŞ-da geomaqnit fırtına xəbərdarlığı edildi


ABŞ Kosmik və Hava Agentliyi (NASA) bazar günü baş verən günəş partlamasından sonra geomaqnit fırtına barədə xəbərdarlıq edib.

NASA-nın internet saytında ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) ilə birlikdə yayımlanan açıqlamada 30 noyabrda güclü günəş partlamasının baş verdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, günəş partlaması radio siqnallarına, elektrik şəbəkələrinə və naviqasiya siqnallarına təsir göstərə bilər.

NOAA bildirib ki, günəşdə baş verən partlamanın təsirləri səbəbindən sabah orta səviyyəli geomaqnit fırtınaları müşahidə oluna bilər.

Qurum vurğulayıb ki, proqnozlarda müəyyən dərəcədə qeyri-müəyyənlik mövcuddur və fırtına bu gün də təsirli ola bilər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu