Tramp X-ə görə Aİ-yə sərt reaksiya verdi


Avropa Komissiyasının ABŞ-mərkəzli X sosial media platformuna 120 milyon avro cərimə tətbiq etməsinə münasibət bildirən ABŞ Prezidenti Donald Tramp “Avropa addımlar atarkən çox diqqətli olmalıdır. Avropanın Avropa olaraq qalmasını istəyirik, lakin hazırda Avropa çox pis istiqamətə gedir” deyir.

ABŞ Prezidenti Tramp Ağ Evdə fermerlərə dəstək mövzusunda keçirilən toplantıdan sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.

Tramp Avropa Komissiyasının X platformasına 120 milyon avro cərimə qərarından qətiyyən məmnun olmadığını vurğulayıb.

O bildirib ki, X platformasının sahibi İlon Mask bu məsələ ilə bağlı hələ onu axtarmayıb, lakin onunla görüşərək məsələnin detalları barədə məlumat alacağını gözləyir.

Cərimə qərarını verən Aİ-ni xəbərdar edən Tramp “Avropa hər hansı addım atanda çox diqqətli olmalıdır. Avropanın Avropa olaraq qalmasını istəyirik, amma indi Avropa çox pis istiqamətə gedir” deyib.

Bu vəziyyətin hamı üçün çox pis olduğunu iddia edən Tramp “Avropanın bu qədər dəyişməsini istəmirik, Avropa çox pis bir istiqamətə yönəlib. Bu, çox vacib bir məsələdir” deyə davam edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu