Qurban Qurbanov: "Ayaks" "Qarabağ"la oyuna ciddi hazırlaşıb"
"Ayaks"ın "Qarabağ"la oyuna ciddi hazırlaşdığı bildirilib.
"Report"un məlumatına görə, bunu Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov keçirilən mətbuat konfransında açıqlayıb.
Təcrübəli mütəxəssis Bakıda Niderlandın "Ayaks" komandasına qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur oyunu ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, qarşıdakı matç komanda üçün böyük əhəmiyyət daşıyır.
"Bizim üçün vacib qarşılaşmadır. Hazırlaşmaq üçün çox vaxtımız olmayıb. Meydanda diqqətli olmalıyıq. Rəqib də ilk qələbəsini qazanmaq istəyir. Matça ciddi hazırlaşıblar. Var gücləri ilə kökləniblər. İstəkli oynamaq istəyirik. Azarkeşləri sevindirməyə çalışacağıq", - deyə Qurbanov bildirib.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

