Bondi çimərliyindəki terror hadisəsində yaralanan 27 xəfər xəstəxanadadır


Bondi çimərliyində baş verən terror aktı zamanı yaralanan 27 nəfər Sidneydə xəstəxanada müalicə olunur.

AFN.az xəbər verir ki, bu barədə yerli media Yeni Cənubi Uels Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilir ki, onlardan 9-nun vəziyyəti kritikdir.

Nazirlik bildirib ki, müalicəsi başa çatan xəstələr evə buraxılır, ehtiyacı olanlar isə digər xəstəxanalara köçürülür. Digər yaralıların vəziyyəti isə sabit hesab olunur.

Əvvəlki məlumatlara görə, şəhər xəstəxanalarında hadisə zamanı ən az 38 yaralı qeyd edilmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu