Balakəndə ağır qəza: Ölən və yaralananlar var


Balakən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 17 radələrində Talalar kəndi ərazisində olub.

Belə ki, “VAZ-2106”“VAZ-21015” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov“VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu