Rəşad Dağlı Kərimin dəfninə əklil göndərdi - FOTO
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlı vəfat edən həmkarı Ağakərimin dəfninə əklil göndərib.
Bildirilir ki, ötən gün dünyasını dəyişən meyxanaçı Ağakərimin (Kərim Novruzov) dəfn mərasiminə Rəşad Dağlı tərəfindən əklil göndərilib.
Əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yer alıb.
Mərhum meyxanaçı Maştağa qəbiristanlığında torpağa tapşırılıb.
Xatırladaq ki, 2017-ci ildə tanınmış meyxanaçının beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu qətlə yetirməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.




