Qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada öldü


Qax rayonunda qəbiristanlıqda huşsuz vəziyyətdə tapılan kişi xəstəxanada vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, bu gün Qax rayon qəbiristanlığında huşsuz vəziyyətdə tapılan 1981-ci il təvəllüdlü Ruslan Məmmədov təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, 41 yaşlı kişi xəstəxanaya yerləşdirildikdən az sonra vəfat edib.

Bildirilib ki, mərhumun içki aludəçisi olduğu qeyd olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu