El Salvadorda “MS13” dəstəsinin üzvünə 1335 il həbs cəzası verildi


Latın Amerikası ölkəsi El Salvadorda bölgənin ən təhlükəli kriminal dəstələrindən biri olan “MS13”nin üzvü olan bir şəxs 1335 il müddətinə azadlıqdan məhrum edilib.

El Salvadorun Baş Prokurorluğu X-də cinayətkar qruplarla mübarizə çərçivəsində verilən cəzalarla bağlı paylaşım edib.

Məlumata görə, 2014–2022-ci illər arasında törədilmiş müxtəlif cinayətlərə görə “MS13” dəstəsinin 248 üzvü barəsində həbs cəzaları çıxarılıb.

Paylaşımda qeyd olunub ki, dəstə üzvlərindən biri 1335 il həbs cəzası alıb, 10 nəfər isə 463 ildən 958 ilə qədər dəyişən müddətlərdə azadlıqdan məhrum edilib.

Onlara qarşı irəli sürülən ittihamlar arasında qətl, adam oğurluğuquldurluq kimi ağır cinayətlər yer alıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu