General Tofiq Bəhramovun polkovnik nəvəsini təqaüdə göndərdi


Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi vəzifəsindən azad edilib.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə gömrük polkovniki Bəhramov Tofiq Bəhmən oğlu vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmış Tofiq Bəhramov 2023-cü ilin dekabr ayında Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi təyin olunmuşdu.

Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb.

Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu