Sumqayıt sakinləri "Azəriqaz"a etiraz olaraq yolları bağladı - VİDEO


İki gündür ki, "Azəriqaz”ın smart kart tipli qaz sayğaclarının ödəniş sistemi faktiki olaraq çöküb. Vətəndaşlar terminallar və onlayn platformalar vasitəsilə kartlara vəsaiti yükləməkdə problemlərlə üzləşdiklərini, kartlardakı balansı sayğaclara yükləmək istədikdə "kart boşdur” mesajı ilə qarşılaşıblar.

Bu isə açıq şəkildə göstərir ki, problem kartdan sayğaca ötürülmədə deyil, "Azəriqaz”ın mərkəzi sistemində olub. Qurum problemi hər nə qədər inkar etsə də, ödəniş terminallarında digər proseslərin normal gedişatı göstərir ki, çətinlik məhz "Azəriqaz" sistemindən qaynaqlanıb.

Baş verənlər əhalinin ciddi etirazlarına səbəb olub. AFN.az xəbər verir ki, qazsızlığın ikinci günündə Sumqayıt sakinləri yolları bağlayıblar.

Belə ki, bir qrup şəhər sakini yollara çıxaraq "Azəriqaz"ın yarıtmaz fəaliyyəti nəticəsində yaranan problemə etiraz əlaməti olaraq aksiya keçirib. Hələlik aksiya ilə bağlı detallar məlum deyil.

Aksiyanın görüntülərini təqdim edirik:






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu