Nyu-Yorkda ABŞ-ın Venesueladakı hərəkətlərinə etirazlar başladı


Yüzlərlə insan ABŞ-ın Venesuelaya qarşı hərbi təcavüzünə etiraz etmək üçün Nyu-Yorkun əsas meydanı olan Times Meydanında toplaşıb.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, nümayişçilərin əllərində Venesuela bayraqları"Əllərinizi çəkin Venesueladan!", "Venesuelanı bombalamağı dayandırın!""ABŞ, Karib dənizindən çıx!" yazılı plakatlar olub.

Venesuela prezidenti Nikolas Maduronun qaçırılması təxribat, müharibə cinayətiqəbuledilməz təcavüz aktıdır. Bu, Venesuela xalqınabütün Latın Amerikasının suverenliyinə hücumdur”, – deyə etirazçılar bildiriblər.

Tədbirin keçirildiyi ərazidə çoxlu sayda polis toplaşıb, lakin onlar nümayişə müdaxilə etməyiblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu