Mərkəzi Bankın yeni binasının tikintisinə yarım milyarda yaxın pul xərclənib


Azərbaycan Mərkəzi Bankının (AMB) yeni inzibati binasında tikinti-quraşdırma işləri başa çatıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AMB-dən bildirilib.

Bildirilib ki, qurumun binada fəaliyyətə başlaması tarixinə dair ətraflı məlumat veriləcək.

Xatırladaq ki, AMB-nin 37 mərtəbədən ibarət yeni inzibati binasının sahəsi 68 min kvadratmetr, hündürlüyü isə 168 metrdir.

Binanın detallı layihələndirməsi və tikintisi üçün tender 2020-ci ildə elan edilib. 2021-ci ildə isə Türkiyənin "Tekfen İnşaat və Təsisat" şirkəti tenderin qalibi olub və onunla 218 milyon avro dəyərində müqavilə imzalanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu