Qustavo Petro Trampla telefon danışığının təfərrüatlarını açıqladı
Kolumbiya Prezidenti Qustavo Petro bildirib ki, ABŞ Prezidenti Donald Trampla telefon danışığında Venesueladakı vəziyyət, narkotik qaçaqmalçılığı ilə mübarizə və iki ölkə arasındakı kommunikasiya əlaqələrinin davam etdirilməsinin önəmi müzakirə edilib.
Petro X-də paylaşım edərək Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb. Prezident Trampla görüşdə Venesueladakı vəziyyət, narkotik qaçaqmalçılığı ilə mübarizə və iki ölkə arasındakı əlaqələrin davam etdirilməsinin əhəmiyyətini müzakirə etdiklərini bildirib:
“Prezident Trampla danışdığımız mövzular arasında ABŞ-ın Latın Amerikası ilə əlaqələrinə dair sahib olduğu baxışlarda yaşadığımız fikir ayrılığı da var idi. Tramp hakimiyyətinin ilk günlərində ona yazdığım məktubda və Baydenə şəxsən dediyim kimi, əgər Cənubi Amerikanın illik 1400 GW-lıq təmiz enerji potensialı istifadə olunarsa, bir Amerikan ittifaqı qurula bilər. ABŞ-ın neft və kömürlə həll etməyə çalışdığı illik enerji tələbi isə 840 GW-dır. Yəni Latın Amerikası ABŞ-ın enerji matrisinin 100%-ni təmin edə bilər və bu, iqlim böhranını dayandırmaq üçün atılacaq ən böyük addım olar”.
Petro görüş zamanı həmçinin həmkarına qlobal sülh və demokratiyanın vacibliyi barədə danışdığını bildirib:
“Latın Amerikasının yalnız neft üçün istifadə edilməsi isə beynəlxalq hüququn yox olmasına, dolayısıyla barbarlığa və üçüncü dünya müharibəsinə yol açar”.
Görüşdə Latın Amerikasının təmiz enerji potensialını Tramp ilə paylaşdığını qeyd edən Petro əlavə edib:
“Bu, dünya sülhünü həqiqi bir riskə atar və geri dönməz iqlim çökməsinə, həyatın məhvinə səbəb olar. Latın Amerikasının təmiz enerji potensialı 500 milyard dollarlıq bir investisiya ilə reallaşa bilər və ABŞ-ın hazırda bu imkanı mövcuddur”.
Xarici İşlər Nazirliyi mənbələrinin verdiyi məlumata görə, Tramp ilə Petro arasındakı telefon danışığı təxminən 15 dəqiqə davam edib.

