Polis dünən bu qədər silah-sursat aşkarlayıb


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

AFN.az xəbər verir ki, yanvarın 14-ü polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 3 pulemyot, 1 tapança, 2 qumbara aşkar edib.

Bundan başqa, 3 qumbaraatan, 2 alışdırıcı, 25 tüfəng, 5 patron darağı291 ədəd müxtəlif çaplı patron da aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Tədbirlər davam etdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu