Gəncədə bıçaqlanan şəxs dünyasını dəyişib


Bıçaqlanaraq xəstəxanaya yerləşdirilmiş Göygöl rayon sakini xəstəxanada vəfat edib.

1989-cu il təvəllüdlü Rəşad Əmrahov Gəncədəki xəstəxanalardan birinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin harada, hansı şəraitdə baş verdiyi hələlik bilinmir.

Faktla bağlı araşdırma başlanılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu