Bu gecə göy üzündə gülən üz görünəcək


Astronomiya həvəskarları üçün 23 yanvar cümə axşamı şimal işıqlarından belə daha nadir görünə biləcək bir göy nümayişi baş tutacaq. Ay, Saturn və uzaq planet Neptun göydə bir araya gələrək nadir bir üçlü yaxınlaşma (triple conjunction) yaradacaq.

Bu gecə Ay genişlənən aypara (waxing crescent) mərhələsində olacaq və üç göy cisminin düzülüşü göydə sanki bir gülən üz təsvirini xatırladacaq.

Aypara şəklində Ay ağız rolunu oynayacaq. SaturnNeptun isə bu gülüşün üzərindəki iki göz kimi görünəcək.

Müşahidə üçün ipucları

  • Bu nadir düzülüş gün batımından dərhal sonra şərq üfüqünə yaxın, aşağı mövqedə görünəcək.
  • Ay və Saturn hava qaraldıqda adi gözlə rahatlıqla seçilə biləcək.
  • Neptun isə çox sönük bir planet olduğundan onu görmək üçün durbin və ya teleskop tələb olunur.
  • Göy cisimləri üfüqə yaxın olduğundan binaların və ya ağacların görüşü əngəlləmədiyi açıq sahə seçmək vacibdir.

Astronomiyada yaxınlaşma (conjunction) iki və ya daha çox göy cisminin Yerdən baxıldıqda bir-birinə çox yaxın görünməsi halına deyilir.

Bu gecəki üçlü görüş həm astrofotoqraflar, həm də təbiət həvəskarları üçün qaçırılmaması gərəkən bir mənzərə təqdim edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu