NATO-nun hazırkı formatda əvvəlki rolu təhlükə altındadır - KİV


NATO-nun hazırkı formatda əvvəlki rolu təhlükə altındadır, bu vəziyyət isə ABŞ Prezidenti Donald Trampın siyasəti ilə əlaqəlidir.

AFN.az xəbər verir ki, bu barədə "The New York Times"ın məqaləsində bildirilir. Vurğulanır ki, Trampın o cümlədən Qrenlandiya ilə bağlı açıqlamaları və hərəkətləri alyansın mövqelərini zəiflədib. Əvvəlcə Tramp Danimarkaya qarşı güc tətbiqi və ticarət məhdudiyyətləri tətbiq etmək ehtimalını nəzərdən keçirirdisə, bu həftə artıq adanın təhlükəsizliyi ilə bağlı çərçivə razılaşması hazırlanacağını açıqlayıb.

NYT qeyd edir ki, Qrenlandiya böhranı alyans üzvlərinin ABŞ-a olan etibarında şübhələr yaradıb. Məqalədə həmçinin bildirilir ki, NATO, transatlantik təhlükəsizliyin əsasını təşkil etdiyi 75 ildən artıq bir dövrün sonuna yaxınlaşır.

Avropa ölkələrinin iqtisadi və hərbi potensialının kifayət qədər olduğu, lakin siyasi iradə və koordinasiyanın çatışmadığı vurğulanır. ABŞ-ın rolunun zəifləmə ehtimalı fonunda Avropa ölkələri müdafiə xərclərini artırır və hərbi müstəqilliyin gücləndirilməsini müzakirə edir.

Qeyd edək ki, Qrenlandiya Danimarka krallığının tərkibinə daxildir, lakin Tramp adanın ABŞ-a birləşdirilməsində israr edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu