Filippində 359 nəfəri daşıyan bərə batdı


Filippinin Mindanao bölgəsində 359 nəfəri daşıyan bərənin batması nəticəsində ilkin məlumata görə 8 nəfər həyatını itirib.

Milli mətbuatda yer alan xəbərlərə görə, Mindanao bölgəsinin Zamboanqa limanından Sulu adasına reys həyata keçirən “M/V Trisha Kerstin 3” adlı bərə Pilas adası sahillərində texniki nasazlıq səbəbindən batıb.

Pilas adasının daxil olduğu Basilan vilayətinin bələdiyyə sədri Arsina Laja Kahing-Nanoh sosial media hesabında paylaşım edərək, 332 sərnişin və 27 heyət üzvü olmaqla ümumilikdə 359 nəfəri daşıyan bərənin batması nəticəsində ilkin müəyyənləşdirmələrə əsasən 8 nəfərin həlak olduğunu bildirib.

Filippin Sahil Mühafizəsi axtarış-xilasetmə əməliyyatlarının koordinasiya olunduğunu açıqlayıb, indiyədək 138 nəfərin xilas edildiyi qeyd olunub.

116 milyon əhalisi olan ada ölkəsi Filippində əvvəllər də çoxsaylı insan tələfatı ilə nəticələnən bərə qəzaları baş verib. 2023-cü ildə ölkənin cənubunda bir bərədə çıxan yanğın zamanı 30-dan çox insan həyatını itirmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu