Nigeriyada sərnişin daşıyan qayıq batdı: 13 nəfər öldü


Nigeriyanın Zamfara ştatındakı çayda sərnişin daşıyan qayığın batması nəticəsində 13 nəfər həyatını itirib.

Milli mətbuatda yer alan xəbərlərə görə, Zamfara ştatının Birnin Magaji bölgəsində silahlı dəstə üzvlərinin hücumlarından qaçmaq üçün qayığa minən yerli sakinlər çayda qəzaya düşüblər.

Qəza nəticəsində 13 nəfər ölüb, 22 nəfər isə itkin düşüb.

Rəsmilər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini, ölənlərin sayının arta biləcəyindən narahat olduqlarını bildiriblər.

Nigeriyada yağış mövsümündə çaylarda və göllərdə tez-tez qayıq qəzaları baş verir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu