ABŞ-də 8 nəfəri daşıyan özəl təyyarə qəzaya uğradı
ABŞ-nin şimal-şərqində yerləşən Men ştatında 8 nəfəri daşıyan özəl təyyarənin qəzaya uğradığı bildirilib.
ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı açıqlamada Bombardier Challenger 600 tipli təyyarənin Banqor Beynəlxalq Hava Limanından qalxış zamanı yerə düşdüyü qeyd olunub.
Açıqlamada təyyarədə 8 nəfərin olduğu bildirilib və qəza ilə bağlı araşdırmaya başlanıldığı vurğulanıb.
Hava limanı rəhbərliyi də uçuş-enmə zolağının müvəqqəti olaraq bağlandığını açıqlayaraq vətəndaşlardan hava limanından uzaq durmalarını xahiş edib.
Sərnişinlərin səhhəti ilə bağlı hələlik hər hansı məlumat verilməyib.


