Nazir müavini işdən çıxarıldı


Məlum olduğu kimi, ötən gün “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

AFN.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı Fərmanla kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə artırılıb.

Bu gün isə Prezidentin müvafiq sərəncamları ilə indiyədək nazirlikdə müşavir postunu tutan Zaur ƏliyevBitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb.

Bunun ardınca Məcnun Məmmədovun müavini Sarvan Cəfərov da vəzifəsindən azad edilib.

Onun bu günlərdə daha yüksək vəzifəyə təyin olunacağı gözlənilir.

Qeyd edək ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləriElçin Zeynalov, Zaur Əliyev, Seymur Səfərliİlhamə Qədirovadır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu