Nazir şöbə müdirini direktor təyin etdi




Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub.



AFN oxu.az-a istindən xəbər verir ki, bu barədə müvafiq əmri nazir İnam Kərimov imzalayıb.

Əmrə əsasən, Nazirliyin təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru təyin edilib.

Qeyd edək ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin əvvəlki direktoru Elçin Zeynalov ötən həftə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyinat alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu