İşdən çıxarılan nazir müavini deputatın əmisi oğludur


Xəbər verdiyimiz kimi, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov tutduğu vəzifədən azad edilib.

AFN.az “Unikal”a istinadən xəbər verir ki, vəzifəsindən kənarlaşdırılan Sarvan Cəfərov deputat Kamal Cəfərovun əmisi oğludur.

Qeyd edək ki, Sarvan Cəfərov 2018–2020-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi və müşaviri vəzifələrində çalışıb.

O, 2020-ci ilin mart ayından nazirlikdə Aparat rəhbəri olub, həmin ilin iyul ayından isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

2026-cı il yanvarın 27-də Sarvan Cəfərov nazir müavini vəzifəsindən azad edilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu