Yaponiyada növbədənkənar seçkilər keçirilir


Bu gün Yaponiyada parlamentin aşağı palatasına növbədənkənar seçkilər keçirilir.

AFN.az xəbər verir ki, bütün rəy sorğuları Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasının (LDP) mütləq üstünlük qazanacağını proqnozlaşdırır.

Seçkilərdə 465 yer uğrunda 1 284 namizəd mübarizə aparır. LDP öz tərəfdaşı "Yaponiyanın Yenilənməsi Cəmiyyəti" partiyası ilə koalisiyada yerlərin üçdə ikisini qazanmağı hədəfləyir. Bu nəticə hökumətə istənilən qanunu, o cümlədən konstitusiya dəyişikliklərini maneəsiz qəbul etmək imkanı verə bilər.

Səsvermə prosesi Yaponiya dənizi sahillərindəki güclü qar fırtınası fonunda keçir. Hava şəraitinə görə bəzi məntəqələrin vaxtından tez bağlanması ehtimal olunur. Buna baxmayaraq, seçicilərin 20 faizindən çoxu artıq yanvarın 28-dən fevralın 7-dək davam edən erkən səsvermə prosesində iştirak edib ki, bu da 2024-cü il seçkiləri ilə müqayisədə rekord göstəricidir.

Seçki kampaniyasının mərkəzində iqtisadi məsələlər, xüsusilə qiymət artımı və inflyasiya ilə mübarizə dayanıb. Xarici siyasət məsələləri isə kampaniya dövründə demək olar ki, müzakirə olunmayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu