Çində biotexnologiya zavodunda partlayış: 8 ölü



Çinin Şansi əyalətində heyvan yemi, kömür məhsulları və tikinti materialları üzrə araşdırmalar aparan biotexnologiya müəssisəsində baş vermiş partlayışda 8 nəfər həyatını itirib.

Şansi əyalətinin Şuoyanq şəhərində, dağlıq ərazidə yerləşən "Jiapeng Biyoteknoloji" müəssisəsində səbəbi hələlik məlum olmayan güclü partlayış baş verib. Hadisə nəticəsində ilkin məlumatlara görə 8 nəfər həlak olub.

Dövlət mediası dünən baş verən partlayışdan sonra müəssisənin qanuni nümayəndəsinin saxlanıldığını və şəhər rəhbərliyi tərəfindən xüsusi istintaq qrupunun yaradıldığını xəbər verib. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Ötən ilin iyun ayında fəaliyyətə başlayan "Jiapeng Biyoteknoloji" müəssisəsinin heyvan yemi, kömür məhsulları və tikinti materialları üzərində tədqiqatlar apardığı qeyd edilib. Müəssisənin dağlıq ərazidə yerləşməsi xilasetmə işlərində müəyyən çətinliklər yaratsa da, əraziyə dərhal təhlükəsizlik qüvvələri və tibbi yardım briqadaları cəlb olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu