"Qarabağ"-"Neftçi" oyunlarında rəqib azarkeşlər stadiona buraxılmayacaq


Azərbaycan Əvəzedicilər Liqasının XV turu çərçivəsində baş tutan "Neftçi-2” - "Qarabağ-2” qarşılaşması azarkeş qalmaqalı ilə yadda qalıb.

AFN.az xəbər verir ki, "Palm Sports Arena”nın IV ehtiyat meydançasında keçirilən oyunda Ağdam təmsilçisinin fanatları tribunaya buraxılmayıb. Məlumata görə, bu addım son vaxtlar iki klubun azarkeş qrupları arasında artan gərginlik fonunda atılıb. Hər iki klub rəhbərliyinin əldə etdiyi ortaq razılığa əsasən, xoşagəlməz insidentlərin qarşısını almaq üçün rəqib fanatların stadiona girişi müvəqqəti məhdudlaşdırılıb.

Qeyd olunur ki, bu qərar yalnız Əvəzedicilər Liqasına şamil edilir və Premyer Liqa matçlarına aid deyil. Peşəkar Futbol Liqasından (PFL) verilən açıqlamada bildirilib ki, oyun başa çatdıqdan sonra AFFA nümayəndəsinin hesabatı əsasında lazımi müzakirələr aparıla bilər.

Xatırladaq ki, "Qarabağ” və "Neftçi” camiəsi arasında münasibətlər UEFA Çempionlar Liqasının pley-off mərhələsi ilə əlaqədar daha da gərginləşib. "Köhlən atlar”ın "Nyukasl”la həlledici oyun öncəsi Premyer Liqanın XXV turundakı "Neftçi” matçının təxirə salınması xahişi "ağ-qaralar" tərəfindən rədd edilmişdi. Lakin son məlumatlara görə, rəsmi müraciətdən sonra qarşılaşmanın təxirə salınması artıq gündəmdədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu