Ukraynada fevralın 24-də seçkilər elan edilməyəcək


Ukraynada prezident seçkilərinin bu il fevralın 24-də elan ediləcəyi barədə xəbərlər rəsmi dairələr tərəfindən təkzib olunub.

AFN.az xəbər verir ki, seçkilərin hazırlanması üzrə parlament qrupunun üzvü Olqa Ayvazovskaya seçki kampaniyasının başlanmasının yalnız hərbi vəziyyət ləğv edildikdən ən azı yarım il sonra mümkün olduğunu bəyan edib. O qeyd edib ki, müharibədən sonrakı ilk seçkilər üçün qanunvericiliyin hazırlanması prosesi davam edir, lakin fevralın 24-də hər hansı rəsmi elan gözlənilmir.

Qeyd edək ki, "Financial Times" qəzeti ABŞ administrasiyasının təzyiqi ilə Ukraynanın mayın 15-dək həm prezident seçkilərini, həm də Rusiya ilə sülh sazişləri üzrə referendumu keçirməyi planlaşdırdığını yazıb. Qəzetin məlumatına görə, Volodimir Zelenski bu barədə işğalın növbəti ildönümündə – fevralın 24-də elan verməli idi.

Lakin Ayvazovskaya parlament qrupunun növbəti görüşünün fevralın 12-də keçiriləcəyini və hələlik yalnız ilkin layihələrin müzakirə edildiyini bildirib. Zelenskinin ətrafındakı mənbələr və Ali Radanın deputatı Aleksey Qonçarenko da may ayında seçki və ya referendum keçirilməsi ilə bağlı heç bir hazırlığın görülmədiyini bildiriblər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu