Ehtiyatsızlıqdan yanıq xəsarətləri alan 37 yaşlı kişi öldü
Bakıda 37 yaşlı kişi bədbəxt hadisənin qurbanı olub.
Belə ki, 1989-cu il təvəllüdlü Əfsun Camal oğlu Xanlarov tək yaşadığı nömrəsiz fərdi evdə ehtiyatsızlıqdan aldığı yanıq xəsarətlərindən hadisə yerində ölüb. Hadisə fevralın 10-u saat 23 radələrində Xəzər rayonu Atçılıq yaşayış massivində baş verib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.



