Delsi Rodriqes: Venesuelanı Konstitusiyaya uyğun mən idarə edirəm


Venesuelanın Müvəqqəti Dövlət Başçısı Delsi Rodriqes ölkənin ABŞ tərəfindən idarə olunduğu iddiaları ilə bağlı "Venesuela Respublikasının başında Konstitusiyanın açıq şəkildə müəyyən etdiyi qaydada mən dururam", - ifadəsini işlədib.

Ölkəsində "NBC News"a açıqlama verən Rodriqes Venesuela Konstitusiyasına əsasən, müvəqqəti lider kimi dövlət başçısı vəzifəsini özünün icra etdiyini söyləyib. Venesuelanın ABŞ tərəfindən idarə edilməsi iddiası ilə bağlı suala Rodriqes "Sizə deyə bilərəm ki, Venesuela Respublikasının rəhbərliyində Konstitusiyada göstərildiyi kimi mən dayanıram. İş qrafikim çox gərgindir və kifayət qədər məşğul olduğum üçün bunun çox çətin bir vəzifə olduğunu və bu prosesi hər gün addım-addım idarə etdiyimizi deyə bilərəm" deyə cavab verib.

Rodriqes yanvarın 3-də ABŞ ordusu tərəfindən saxlanılan Dövlət Başçısı Nikolas Maduronun Venesuelanın qanuni lideri olduğunu vurğulayaraq, "Sizi əmin edirəm, Dövlət Başçısı Nikolas Maduro Venesuelanın legitim prezidentidir. Bunu bir hüquqşünas kimi deyirəm, həm Prezident Maduro, həm də Siliya Flores günahsızdırlar", - deyə bildirib.

ABŞ-dan dəvət aldığını qeyd edən Rodriqes, lazımi əməkdaşlıq və münasibətlərdə müəyyən irəliləyiş əldə olunduqdan sonra Vaşinqtona getməyi düşündüyünü qeyd edib.

Rodriqes Nobel Sülh Mükafatı laureatı və müxalif lider Mariya Korina Maçadonun Venesuelaya qayıtma ehtimalı barədə isə "Onun həyatı ilə bağlı niyə bu qədər hay-küy qaldırıldığını anlamıram. Ölkəsinə qayıdacağı təqdirdə Venesuelada cavab verməli olacaq. Nə üçün hərbi müdaxilə istədiyini, niyə Venesuelaya qarşı sanksiyalar tələb etdiyini və yanvarın əvvəlində baş verən hadisələri nə üçün qeyd etdiyini izah etmək məcburiyyətində qalacaq" deyib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu