NATO baş katibinin müavini: Ukrayna üçün HHM raketləri axtarırıq
Avropada Ukrayna üçün hava hücumundan müdafiə (HHM) raketləri tükənib və NATO hazırda onları bütün dünyada axtarır.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə alyansın Baş katibinin müavini Radmila Şekerinskaya Münxen Təhlükəsizlik Konfransının plenar sessiyasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Ukraynada baş verənlər fonunda NATO ölkələrinə HHM raketlərini Kiyevə təhvil vermələri üçün çağırış edilsə də, məlum olub ki, imkanlar çox məhduddur. Şekerinskayanın sözlərinə görə, hazırda bütün tərəfdaş ölkələrə raketlərini Ukraynaya vermələri üçün müraciətlər olunur, lakin real olaraq yalnız ABŞ-ın tutucu raketlər tədarük etmək imkanı qalıb.
Baş katib müavini Kiyevə ayrılan Avropa vəsaitlərinin niyə ABŞ-a getdiyini də bununla izah edib ki, hazırda ehtiyac duyulan hərbi texnika yalnız okeanın o tayında mövcuddur.



