İranda son bir ildə 15 min nəfər yol qəzalarının qurbanı olub



İran Hüquq-Mühafizə Qüvvələrinin yol hərəkəti üzrə rəis müavini Həsən Mömini son bir ildə baş verən yol-nəqliyyat hadisələrində 15 min 513 nəfərin həyatını itirdiyini bildirib. İran mətbuatında yer alan xəbərlərə görə, Mömini ölkədəki ölümlə nəticələnən yol qəzaları ilə bağlı açıqlamalar verib.

Mömini son bir ildə baş verən ölümlü yol qəzalarının əvvəlki illərlə müqayisədə 3,8% artdığını qeyd edərək, "Son bir ildə yol qəzalarında 15 min 513 nəfər həyatını itirib" ifadəsini işlədib.

İran miqyasında hər il təxminən 19 min 800 nəfərin yol qəzalarında dünyasını dəyişdiyini vurğulayan Mömini qeyd edib ki, qəzalarda həyatını itirənlərin 62%-i əmək qabiliyyətli yaşda olan şəxslərdir. Statistikaya əsasən, ən çox can itkisi 20-30 yaş qrupu arasında baş verir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu