ABŞ Konqresinə silahlı hücum cəhdi: Şübhəli şəxs saxlanıldı



ABŞ-ın paytaxtı Vaşinqtonda əlində tüfənglə Konqres binasına doğru qaçan 18 yaşlı şübhəli şəxs saxlanılıb.

Polis rəsmisi Maykl Sallivan keçirdiyi mətbuat konfransında Konqres binası yaxınlığında baş vermiş hadisə ilə bağlı açıqlama verib. Sallivan bildirib ki, 18 yaşlı kişi şübhəli avtomobilini binanın yaxınlığında park edib, sonra maşından düşərək binanın qərb tərəfinə doğru qaçmağa başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal müdaxilə edərək şübhəlini dayandırıblar.

Rəsmi nümayəndə qeyd edib ki, üzərində qoruyucu jilet və əlcək olan şübhəli binaya tərəf qaçarkən əlində dolu qırma tüfəng və ehtiyat sursat olub.

Avtomobildə həmçinin dəbilqə və qaz maskasının tapıldığını bildirən Sallivan nəqliyyat vasitəsinin şübhəlinin adına qeydiyyatda olmadığını və saxlanılan şəxsin bir neçə ünvanının olduğunu qeyd edib.

Hazırda şübhəlinin məqsədi və ABŞ Konqresi üzvlərini hədəf alıb-almadığı araşdırılır.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu