İngiltərədə qoyuna dəhşətli işgəncə verən tələbələr həbs edildi



İngiltərədə bir qoyuna qarşı sadistcəsinə hücum edən, heyvanın ağzına və bədəninə atəşfəşanlıq raketləri yerləşdirərək partladan iki kənd təsərrüfatı tələbəsi həbs cəzasına məhkum edilib.

AFN.az-ın məlumatına görə, 22 yaşlı Leyton Eşbi və 20 yaşlı Okli Hollands təxminən 30 dəqiqə davam edən işgəncə anlarını mobil telefonla lentə alıblar.

"Plumpton" Kənd Təsərrüfatı Kollecinin tələbələri olan hər iki şəxs mühafizə olunan heyvana lazımsız əzab verməkdə günahlarını etiraf ediblər. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslər işgəncə verdikləri qoyunun qulaq birkasını "xatirə" olaraq götürüb enerji içkisi qutusunda gizlədiblər. "Hove" Məhkəmə Mərkəzində keçirilən prosesdə Eşbi iki il, Hollands isə 20 ay müddətinə azadlıqdan məhrum edilib.

2 noyabr 2023-cü il tarixində baş verən hadisədə Eşbi heyvanı dəfələrlə təpikləyib, Hollands isə əlindəki telefonla hücumu qeydə almağa davam edib. Zərbələr nəticəsində qoyun ayağa qalxa bilməyəcək vəziyyətə düşdükdə heyvanın ağzına və bədəninə yerləşdirilən partlayıcı qurğular qoyunun ağır yaralanmasına və tələf olmasına səbəb olub.

Polis bir qadın şahidin vəziyyəti məktəb rəhbərliyinə bildirməsindən sonra hərəkətə keçib. Təqsirləndirilən şəxslərin telefonlarında aparılan araşdırmalar zamanı digər narahatedici görüntülər də aşkar edilib. Hakim Ceremi Qold hər iki şəxsin nümayiş etdirdiyi davranışı dəhşətli və sadistcə adlandırıb: "Müdafiəsiz bir heyvana çəkdirdiyiniz bu əziyyət pozğun bir həzz duyğusundan başqa heç nə ilə izah edilə bilməz".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu