BMT: İrana zərbələr və cavab hücumları beynəlxalq sülh və təhlükəsizliyi sarsıdır


BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdəki hərbi eskalasiyanı, o cümlədən ABŞ və İsrailin İrana qarşı güc tətbiq etməsini, həmçinin İranın regiondakı cavab addımlarını pisləyib.

AFN.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilir.

Quterreşin sözlərinə görə, baş verənlər beynəlxalq sülh və təhlükəsizliyi sarsıdır. Baş katib xatırladıb ki, bütün dövlətlər beynəlxalq hüquq normalarına, o cümlədən hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güclə hədələməyi və ya güc tətbiqini birbaşa qadağan edən BMT Nizamnaməsinə əməl etməyə borcludur.

O, döyüş əməliyyatlarını dərhal dayandırmağa çağırıb və xəbərdarlıq edib ki, əks halda mülki əhali və sabitlik üçün ağır nəticələri olan daha geniş regional münaqişə riski mövcuddur. BMT rəhbəri həmçinin bütün tərəfləri ləngimədən danışıqlar masasına qayıtmağa çağırıb.

"Beynəlxalq mübahisələrin beynəlxalq hüquqa və BMT Nizamnaməsinə tam uyğun şəkildə dinc yolla həllinə həyat qabiliyyətli alternativ yoxdur", – deyə o vurğulayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu