Pezeşkianla bağlı xəbər var: Təhlükəsiz yerdədir


İranın dövlət rəsmiləri Prezident Məsud Pezeşkianın vəziyyəti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

AFN.az xəbər verir ki, ölkənin Aparat rəhbərinin informasiya və rabitə məsələləri üzrə müavini Məhəmməd-Mehdi Tabatabai dövlət başçısının səhhətinin qaydasında olduğunu bəyan edib.

"Hazırda Məsud Pezeşkian tam təhlükəsiz şəraitdədir" - deyə M.Tabatabai sosial şəbəkə vasitəsilə etdiyi paylaşımda bildirib.

O, həmçinin qeyd edib ki, ölkənin rəhbər heyəti öz gündəlik iş rejimini adi qaydada və stabil şəkildə yerinə yetirməkdədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu