Biz heç vaxt Ukrayna ərazisinə təcavüzü bəyənməmişik - Pezeşkian


İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının kuluarlarında Ukraynadakı vəziyyəti Avropa ölkələri və ABŞ nümayəndələri ilə müzakirə etməyə hazır olduğunu bildirib.


“Biz avropalılar və amerikalılarla danışıqlar masası arxasında oturmağa hazırıq” - deyə o, jurnalistlərlə dəyirmi masada Ukrayna böhranını şərh edərkən deyib. Pezeşkianın sözlərindən "Agence France-Presse" sitat gətirib.

“Biz heç vaxt Ukrayna ərazisinə təcavüzü bəyənməmişik”, - deyə İran prezidenti əlavə edib. O, qeyd edib ki, hər bir ölkənin sərhədlərinə hörmət olunmalıdır. O, Ukraynadakı münaqişənin dialoq yolu ilə həllinə inandığını vurğulayıb.

İran prezidenti Qərb ölkələrinin İranın Rusiyaya silah verməsi ilə bağlı iddialarını bir daha təkzib edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu