Ukraynalı deputat İrana zərbə endirməyə çağırıb


CNN telekanalı xəbər verir ki, İran Ukraynada istifadə etmək üçün Rusiyaya yaxın mənzilli ballistik raketlər ötürüb.


İranın Xarici İşlər Nazirliyi bu xəbərləri təkzib etsə də, Ukraynada birmənalı qarşılanmayıb.

AFN.az xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko İrana zərbə endirməyə çağırıb. Bu barədə o, özünün Telegram kanalında bildirib.

“Bizim İrana zərbə vurmağa haqqımız yoxdurmu? İran Rusiyanın müttəfiqidir. Silah verir onlara. İsrail heç də çəkinmir, istədiyi yerə, istədiyi kimi atır. Və heç bir problem yoxdur. Amma nədənsə Tehranda bizi qəbul etmirlər”, - deyə ukraynalı deputat bildirib.

O, həmçinin təcili olaraq İranın tədqiqi və təhlili mərkəzinin yaradılmasını, həmçinin İslam Respublikasında agent axtarışına başlamağa çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu