ABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib


ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib. Yeni siyahı 4 fiziki və 44 hüquqi şəxsi əhatə edir.


AFN.az xəbər verir ki, bu, departamentin dərc etdiyi yenilənmiş siyahıda bildirilir.

Məhdudiyyətlər İran vətəndaşlarına, eləcə də İran, BƏƏ, Çin, Türkiyə və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlərə şamil edilib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, siyahılara daxil edilən şəxslər İran Silahlı Qüvvələrinin Müdafiə və Dəstək Nazirliyi tərəfindən istifadə edilən “kölgə bank şəbəkəsi” ilə əlaqəlidir. "Şəbəkə İslam İnqilabı Keşikçiləri Korpusunin (SEPAH) beynəlxalq maliyyə sisteminə çıxışını təmin etmək üçün xaricdə əldə edilən gəlirləri gizlətməyə imkan verir. Bu vəsaitlər daha sonra pilotsuz uçuş aparatları kimi qabaqcıl silah sistemlərinin hazırlanmasında istifadə oluna bilər" - deyə departamentin məlumatında qeyd edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu