Bəhreyndə həyəcan siqnalı: Əhaliyə təcili sığınacaq çağırışı edilib
Bəhreyn Daxili İşlər Nazirliyi ölkə daxilində sirenaların çalınmasından sonra vətəndaşlara və ölkədə yaşayanlara təhlükəsiz bölgələrə sığınmaq çağırışı edib.
AFN.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada “Sirenalar çalındı. Vətəndaşlarımızı və sakinlərimizi təmkinli olmağa, təhlükəsiz yerlərə sığınmağa və hadisələri rəsmi kanallardan izləməyə çağırırıq” ifadələrinə yer verilib.
Bəhreyn ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlardan sonra Tehran rəhbərliyinin pilotsuz uçuş aparatı və raket hücumlarının hədəfi olan Körfəz ölkələri arasında yer alır. İran müəyyən ölkələri deyil, bölgədəki ABŞ hərbi bazalarını hədəf aldığını bildirir.
Ancaq hücumların bəzi nöqtələrdə hava limanları, limanlar və müxtəlif binalar da daxil olmaqla mülki infrastruktura ziyan vurduğu qeyd edilir. Səlahiyyətli şəxslər əhalini rəsmi elanları izləməyə və zərurət olmadığı təqdirdə küçəyə çıxmamağa çağırıb. Manama rəhbərliyi hava hücumundan müdafiə sistemlərinin tam hazırlıq vəziyyətində olduğunu bəyan edib.
